<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>272</hymn_number>
<title>Gecələr ulduzlar sayrışır Göydə İL272</title>
<lyrics>[V1]
 Gecələr ulduzlar sayrışır Göydə,
 Sənin sakitliyin var ürəyimdə.
 Səni düşünürəm, Səni anıram,
 Səni mədh edərək alqışlayıram.

[C1]
   Sən mənim əlimdən möhkəm tut, Rəbbim,
   Yoluma işıq saç, qoyma büdrəyim.
   Sən məni çatdır gözəl Diyara,
   Baxıram həsrətlə mən buludlara.

[V2]
 Gözlərin yenə də dikilib bizə,
 Həmişə möhtacıq Sənin sözünə.
 O şirin sözlərin qüvvətdir bizə,
 Müqəddəs Ruhun da möhürdür bizə.

[V3]
 Gözlərim yoldadır, qulağım səsdə -
 Rəbbim nə vaxt gələr buludlar üstdə?
 Gözləyirəm Onu böyük həsrətlə,
 Üz tutub Göylərə deyirəm: Tez gəl!</lyrics>
</song>